QARABAĞ XANƏNDƏLƏRİ

Məktəb | Səs mühazirəsi | Səs yazıları

 

 

Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

 

                  QARABAĞ  XANƏNDƏLƏRİ

 

Xanəndə Yusif

Xanəndə Həsəncə

Xanəndə Şüküroğlu Kərim

Məmməd  oğlu  Ağa Mirzə  Əli  Əsgər Qarabaği 19-cu əsrin əvvəli. Xarrat  Qulu  məktəbinin yetirməsi.

Hacı  Hüsü  Niftalı  oğlu  təqribən 1830-cu ildə   Şuşada anadan olmuşdur.1898-ci ildə Ağdamda  vəfat edib.

Məşədi İsi  təqribən  1840-cı illərdə Şuşada   anadan olmuşdur.1905-ci ildə Ağdamda vəfat edib. Ustadı : Hacı Hüsü.

Çətənə nəvəsi Əsəd  (XIX əsrin 30-cu illəri)

Tükverdi Həsən

Kosa   Məhəmməd  bəy

Şahnaz Abbas

Zülalov  Əbdülbaqi  Kərbəlayi  Əli  oğlu – Bülbülcan  1841- ci ildə Şuşada anadan olmuşdur.1927-ci  ildə Bakıda vəfat edib. Ustadı: Hacı Hüsü.

Dəli İsmayıl

Mirzə  Muxtar  Mirzə  Əli  Əsgər oğlu 189   - ildə Şuşada anadan olmuşdur.16.01.1929-cu ildə Bakıda vəfat edib.Ustadı:  Mirzə Əli Əsgər.

Malıbəyli  Həmid  (Qurbanov Həmid İsmayıl oğlu) 1869-cu ildə Şuşada anadan olmuşdur.22.03.1922-ci ildə Ağdamda vəfat  edib. Ustadı:  Hacı Hüsü.

Keştazlı Haşım

Cəngçi Aslan

Dabbax  Zəbiş

Dabbax İsmayıl

Papaqçı Aslan

Palandur Heydəroğlu Rəsul

Rövşən nəvəsi Şəkər

Bala Məhəmməd

Qırbənd  Həsən

İsmayıl Zülalov

Kərbəlayı Məhəmməd oğlu Muxtar (Ağdamlı Muxtar)

Gülablı Əkbər

Gülablı Muxtar

Kəblə Mahmud

Malıbəyli Əsgər

Şuşalı İbad

Şuşalı Bahadur

Başmaqçı Məhəmməd

Laçın Məhəmməd     

Keçəçi oğlu Məhəmməd  (Məhəmməd  Məşədi  Xəlil oğlu) 1864-cü ildə Şuşada anadan olmuşdur.1940-cı ildə  Qubada  vəfat edib.Ustadları : Hacı  Hüsü, Məşədi   Isi.

Qiyaməddinli Məhəmməd

Məhəmməd Hüseyn

Muxtar Əli Əsgəroğlu

Malıbəyli Cümşüd

Məşədi Dadaş (1930-cu  ildə  vəfat edib)

Yusif Qarabaği

Səttar bəy      

Cabbar  Qaryağdı  oğlu  (Cabbar  Məşədi  İsmayıl oğlu) 31.03.1861-ci ildə Şuşada anadan olmuşdur.20.04.1944-ci ildə Bakıda vəfat edib.Ustadları : Hacı  Hüsü,Məşədi İsi.

Məşədi  Məmməd  Fərzəliyev 1872-ci ildə Şuşada anadan  olmuşdur.1962-ci ildə İstanbulda vəfat edib.Ustadları :  Hacı Hüsü,Məşədi İsi.

Xanlıq  Şükür  1872-cü ildə Şuşada anadan olmuşdur.1927-ci ildə Ağdamda vəfat  edib. Ustadları : Hacı  Hüsü, Məşədi İsi  (Əsasən Xurşidbanu  Natəvanın  qəzəllərini  ifa edib.)

Zabul  Qasım  (Qasım Abdullayev)  1873-cü ildə  Şuşada  anadan olmuşdur.1927-ci ildə Şuşada vəfat edib. Ustadları : Xarrat  Qulu məktəbinin yetirmələri – Hacı  Hüsü, Məşədi  İsi.

Əkbər  Xamuş  oğlu  (Əkbər Əhəd oğlu) 1873- 1928.Ustadları : Cabbar  Qaryağdı  oğlu.

Behbudov  Məcid  Behbudəli  oğlu  1873-cü  ildə Şuşada anadan olmuşdur. 06.09.1945-ci  Qazaxda vəfat edib.Ustadları : Xarrat Qulu məktəbinin yetirmələri – Hacı  Hüsü,  Məşədi  İsi , Keçəçi  oğlu Məhəmməd, Cabbar  Qaryağdı  oğlu.

Əmirov  Məşədi  Cəmil  Əmiraslan oğlu (xanəndə,tarzən,bəstəkar) 1875-ci ildə Şuşada anadan olmuşdur.1928-ci ildə Gəncədə vəfat edib.Ustadları :  Xarrat  Qulu  məktəbinin  yetirmələri  və  M.M.Nəvvabın musiqi  dərsləri.

Abdullayev  İslam  1876- 1964.  Ustadları :  Hacı  Hüsü,Məşədi İsi,Keçəçi oğlu  Məhəmməd,Cabbar  Qaryağdı  oğlu.

Bahadur Mehralı oğlu 1883-cü ildə Şuşada anadan olmuşdur.05.12.1962-ci ildə Ağdamda vəfat edib.Ustadları : Cabbar Qaryağdı oğıu ,Seyid Şuşinski.

Seyid  Şuşinski  (Mir Möhsün ağa Seyid İbrahim oğlu) 1889-cu ildə Şuşada anadan olmuşdur. 1965-ci ildə Bakıda vəfat edib.Ustadları : Məşədi  İsi, Keçəçi  oğlu  Məhəmməd, Cabbar  Qaryağdı  oğlu.

Şuşinski  Musa  Fərhad  oğlu  1893-1971. Ustadı : Cabbar Qaryağdı  oğlu.

Bülbül  (Murtuza  Rza  oğlu  Məmmədov)  22.06.1897-ci ildə Şuşada  anadan olmuşdur. 26.09.1961-ci ildə Bakıda vəfat edib. Ustadı : Cabbar  Qaryağdı  oğlu.

Adıgözəlov Zülfü (Zülfüqar)  Səməd bəy oğlu 1898-ci ildə Şuşada  anadan olmuşdur. 31.05.1963-cü ildə  Bakıda vəfat edib.Ustadları:  Məşədi Cəmil Əmirov, Cabbar  Qaryağdı  oğlu.

Xan  Şuşinski  (İsfəndiyar Aslan oğlu Cavanşirov)  20.08.1901-ci ildə Şuşada  anadan olmuşdur. 18.03.1979-cu ildə  Bakıda vəfat edib. Ustadları : İslam  Abdullayev, Cabbar  Qaryağdı  oğlu.

Mütəllimov  Mütəllim  Kəblə  Ələkbər  oğlu  1909-cu ildə Ağdamda anadan olmuşdur. 1981-ci  ildə  Bakıda vəfat edib. Ustadları : M.M.Nəvvab, Musa  Şuşinski.

Qacar  Sürəyya   Sədrəddin qızı  01.05.1910-cu  ildə Şuşada anadan olmuşdur.27.07.1992-ci ildə Bakıda vəfat edib.

Qədimova  Sara   Bəbiş  qızı  31.05.1922-ci ilodə Ağdamda anadan olmuşdur.12.05.2005-ci ildə Bakıda vəfat edib.Ustadları : Hüseynqulu  Sarabski, Seyid  Şuşinski, Xan  Şuşinski.

Haşımov  Bakir   oğlu  1926-cı ildə  Ağdamda  anadan olmuşdur. 1989-cu ildə Bakıda vəfat edib. Ustadı : Seyid  Şuşinski

Əliyev  Əbulfət  Əsəd  oğlu 30.12.1926-cı ildə Şuşada  anadan olmuşdur. 1990-cı ildə Bakıda vəfat edib. Ustadları : Bahadur Mehralı  oğlu, Seyid  Şuşinski, Xan  Şuşinski.

Məmmədov Yaqub Məhəmməd oğlu. 05.05.1930-cu ildə Ağcabədidə anadan olmuşdur.05.07.2002-ci ildə Bakıda vəfat edib.Ustadı: Seyid Şuşinski.

Məmmədov  Mürşid  Səlim oğlu 21.08.1932-ci ildə Ağdamda anadan olmuşdur.26.04.1996-cı ildə Bakıda vəfat edib.  Ustadı:  Seyid Şuşinski.

Məmmədov  Vəli  Muxtar  oğlu 05.08.1933-cü ildə Ağdamda anadan olmuşdur. 2012-ci ildə Bakıda vəfat edib.Ustadı:Seyid Şuşinski.

Rzayev  İslam  Tapdıq  oğlu 11.11.1934-cü ildə Füzulidə anadan olmuşdur. 26.01.2008-ci ildə Bakıda vəfat edib.Ustadı:Seyid Şuşinski.

Rüstəmov  Qədir  Çərgəz  oğlu 1935-ci ildə  Ağdamda anadan olmuşdur. 2011-ci ildə Bakıda vəfat edib.

Behbudov  Qaraxan  İmran  oğlu 25.11.1935-ci ildə Ağdamda anadan olmuşdur. Ustadı:Xan Şuşinski.

Babayev  Arif   İmran  oğlu 20.02.1938-ci ildə Ağdamda anadan olmuşdur. Ustadı: Seyid  Şuşinski, Zülfü  Adıgözəlov,Xan Şuşinski.

Abdullayev  Süleyman  Cümşüd  oğlu 11.02.39-cu ildə Füzulidə  anadan  olmuşdur. Ustadı: Seyid  Şuşinski .

Abdullayev  Vahid  Əli  oğlu 01.06.1948-ci ildə Ağdamda anadan olmuşdur.08.01.2001-ci ildə  Bakıda vəfat edib. Ustadı:Nəriman Əliyev.

Qəhrəmanov  Səfa  Hüseyn  oğlu  1949-cu ildə  Ağdamda anadan olmuşdur. Ustadı: Nəriman  Əliyev.

 

 

 
® Xan Şuşinski Fondu; Musiqi Dünyası, 2013 Layihənin iştirakçıları