ÖMÜR YOLU  | Xronologiya

Xan özü haqqında | Həyatı | Genealogiya

 

 

1901 - avqust ayının 20-də Şuşada anadan olub..

1909 - 1911 - Mədrəsədə təhsil alıb.

1911 - 1915 - Şuşada "Realnı" məktəbdə təhsil alıb.

1916 - 1918 - Xanəndə İslam Abdullayevin yanında şagirdliyə gedib.

1918 - Ailəsi ilə birlikdə Ağdam şəhərinə köçüblər.

1918 - Qarabağın Novruzlu kəndində keçirilən toy mərasimində müəllimi İslam Abdullayevin təklifi ilə ona "Xan" adı verilir.

1919 - Ordu sıralarına çağırılaraq Gəncədə hərbi təlim keçir.

1919 - 1920 - Gəncədə fəaliyyəti, "Şuşanın dağları" mahnısını bəstəliyir və sevə-sevə ifa edir.

1920 - Üzeyir bəy Ağdamda gənc xanəndə Xan Şuşinskini dinləyir və onun Cabbar Qaryağdı oğlu başda olmaqla incəsənət xadimlərinə qoşularaq təşviqat briqadası tərkibində konsertlər verməsini təklif edir.

1923 - İlk dəfə Bakıda çıxış edir.

1924 - Gəncədə Səməd Vurğunla tanış olur.

1924 - Nəriman Nərimanovla görüşüb, onun xahişi ilə bir-neçə təsnif və mahnı ifa etmişdir.

1926 - Ağdamda qardaşı tarzən Allahyar Cavanşirovla birlikdə Xalq Çalğı Alətləri ansamblı yaradır,həmin ansamblın rəhbəri və solisti kimi fəaliyyət göstərir.

1928 - Rəsmi olaraq Tiflis və İrəvan şəhərlərinə dəvət alır.

1932 - Bəstəkar Asəf Zeynallı ilə tanış olur.

1934 - Bakıda keçirilən Dövlət tədbirlərinə dəvət alır.

1934- Tiflisdə keçirilən Zaqafqaziya xalqlarının I Dekadasında iştirak edərək qalib olur.

1934 - Lermontovun 150 illik yubileyində iştirak edir və hətta onun tərcümə olunmuş şeirlərini avazla oxuyur.

1936 - Ağdamda Səməd Vurğunla yenidən görüşür və şair ona ithaf etdiyi "Havalansın Xanın Səsi, Qarabağın şikəstəsi" misralarını təqdim edir.

1936 - İlk bəstələrindən olan "Qəmərim" mahnısı yaranır.

1937 - 1938- Hüseyn Cavidin qəzəllərinə yaradıcılıgında geniş yer verdiyi üçün bir il müddətinə "Səsi alınır".

1939 - Ailəsi ilə birlikdə Bakıya köçür, burada Dövlət tərəfindən evlə və Azərbaycan Dövlət Filarmoniyasında işlə təmin olunur.

1942 - 1943 - "Mosfilm" və "Gürcüstanfilm" kinostudiyalarının birgə çəkdikləri gürcü xalqının milli qəhrəmanı Georgi Saakadze filmində Xanın ifasında muğam parçalarından müvəffəqiyyətlə istifadə olunur.

1943 - SSRİ tarixində ilk dəfə müstəsna hal kimi birbaşa Xalq Artisti fəxri adına layiq görülür.

1943 - Görkəmli sənətkar Bülbülün vasitəsilə Moskvadan gəlmiş folklorşünas alimlərlə görüşür və Xanın səsi onları valeh edir.

1944 - Azərbaycan mədəniyyət və incəsənət xadimləri ilə 3 ay müddətində İranda qastrol səfərində olur və İran şahı tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılır.

1946 - Özbəkistan və Azərbaycan kənd təsərrüfatı qabaqcılları və incəsənət xadimlərinin qarşılıqlı yarışma,mübadilə tədbirləri çərçivəsində Özbəkistanda çıxışlar edir.

1956 - Üzeyir Hacıbəylinin "Məşədi İbad" operettası əsasında çəkilən "O olmasın, bu olsun" filmində xanəndə rolunda çıxış edir.

1959 - Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edir.

1959 - "Şərəf Nişanı" ordeni ilə təltif edilir.

1967 - Yaradıcılıq fəaliyyətinin 50 illiyi münasibəti ilə yubiley tədbirləri keçirilir.

1969 - Bakıda keçirilən "Qızıl payız" musiqi festivalında münsiflər heyətinin sədri təyin olunur.

1970 - 1976 - Azərbaycan Dövlət Filarmoniyası nəzdində "Muğam studiyası"nı yaradır və ona rəhbərlik edir..

1971 - Azərbaycan Dövlət Filarmoniyasında 70 illik yubileyi keçirilir.

1971 - "Havalansın Xanın səsi" kitabı çapdan çıxır. Müəllif Vəli Məmmədov.

1971 - Əmək veteranı adına layiq görülür və "Lenin" medalı ilə təltif olunur.

1973 - 1979 - A.Zeynallı adına Musiqi Məktəbində müəllimlik fəaliyyəti.

1979 - Mart ayının 18-də Xan Şuşinski Bakıda vəfat edir.

1981 - Bakı şəhərində kücələrdən birinə Xan Şuşinski adı verilir.

1982 - "Xan Şuşinski" kitabı çapdan çıxır. Müəllif Firudin Şuşinski.

2001 - Bakı şəhərində son yaşadığı ünvana xatirə lövhəsi həkk olunur.

2001 - Heydər Əliyevin Sərəncamı ilə 100 illik yubileyi böyük təntənə ilə qeyd olunur.

2001 - "Havalansın Xanın səsi" telefilmi çəkilir.

2004 - Xan Şuşinskinin bəstələdiyi mahnılardan 8-nə müəllif hüquqları təsdiq olunur.

2011 - Xan Şuşinskinin 110 illik yubileyi qeyd olunur.

2011 - Xan Şuşinski Fondu yaradılır.

2012 - "Xan Şuşinski" telefilmi çəkilir.

2013 - "Xan Şuşinskinin virtual muzeyi" təsis edilir.

 

 
® Xan Şuşinski Fondu; Musiqi Dünyası, 2013 Layihənin iştirakçıları