Musiqi məktəbi

 



Xan Şuşinski adına Ağdam uşaq muğam məktəbi

 

Məktəb 1985 ci ildə Ağdamda açılmış və həmin tarixdən məktəbə Rafiq Rəhim oğlu Rüstəmov direktor təyin edilmişdir .

Xan Şuşinski adına Ağdam muğam məktəbinin Qarabağ bülbülləri 1986 cı ildə məktəbin tərkibində yaranıb.Yarandığı tarixdən bu günə kimi aşağıda göstərilən tədbirlərin iştirakçısı olub.

1987 ci ildə Müslüm Maqamayev adına Filarmoniyada konsert vermiş.

1988 ci ildə Moskva şəhərində Belyayevin 100 illik yubileyində.

1989 cu ildə İraqda Babilistan Festivalinda.

1990 cı ildə İstanbul şəhərində 10 günlük komsomol xətti ilə qastrolda olub.

1990 cı ildə Moskva şəhərində uşaq xeyriyyə fonduna telemarafonda cıxış edib.

1991 ci ildə Türkiyənin Ankara şəhərində III cocuq şənliyində masa üstü medalla mükafatlanıb.

1991 ci ildə Düşənbədə keçirilən festifalda uğurlu çıxış edib.

1999 cu ildə Respublika üzrə keçirilən 205 musiqi məktəbinin xalq çalğı alətləri üzrə müsabiqədə şagirdimiz Sevinc Bağıyeva Mədəniyyət və Turizim Nazirliyi tərəfindən fəxri fərmanla mükafatlanıb.

2000 ci ildə Azərbaycan Respublikası üzrə musiqi məktəblərinin muğam müsabiqəsində şagirdimiz Rəvan Şahverdiyev laureat adını qazanmışdır.Nazirliyin pul mükafatını almışdır.

2000 ci ildə Cəbhə bölgələrində konsertlər vermişik.Konsertin yaxşı keçməsinə görə 922 saylı heyətin komandiri Ramazanovun imzası ilə fəxri fərman verilmişdir.

2000,2001,2002,2003 cü il tarixlərində mərkəzi televiziyada dövlət tədbirlərindəki çıxışlarımızın video yazısı məktəbin arxivində saxlanılır.

2003 cü ildə Respublika Böyük Qafqaz qəzetinin redaksiyasının qərarı ilə Rafiq Rüstəmova diplom verilmişdir.

2004 cü ilin may ayının 28-də Azərbaycan Jurnalistlər Birliyi tərəfindən diploma layiq görülmüşük. Azərbaycan televiziyası vasitəsi ilə çoxsaylı konsertlərimiz olub. Flarmoniyada iki hissəli konsertimiz olub.Çıxışımızın video yazıları məktəbimizin arxivində saxlanılır.

2004 - 2005 - 2006cı illər Respublika üzrə keçirilən xor müsabiqəsində Mədəniyyət və Turizim Nazirliyi tərəfindən pul mükafatı və fəxri fərmanla təltif olunmuşdur.

2005 ci ildə Fransanın Lion şəhərində konservatoriyada . Fransanın Lil şəhərində operada muğam üçlüyü konsert vermişik.

2006 cı ildə Fransanın Di şəhərində Şərq-Qərb festivalında uğurlu çıxış etmişdir.Konsert verməklə yanaşı tədris müəssələrində muğam haqqında,musiqi alətlərimiz haqqında geniş izah vermişik.

2008 ci ildə Fransanın Vizil şəhərində İnqilab muzeyində çıxış etmişdir.

2009 cu ildə Bakı şəhəri İdman Nazirliyi tərəfindən keçirilən I uşaq beynəlxalq muğam festivalında məktəbimizin şagirdi Vəliyev Elşən Babaş oğlu I yerə layiq görülmüş və I dərəcəli diplomla ,1 ədəd televizorla mükafatlandırılmışdır.

2010 cu ildə Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin Respublika Uşaq Musiqi İncəsənət məktəblərinin xanəndəlik sinfi üzrə keçirilən festivalda yüksək səviyyədə çıxış etdiyinə görə məktəbin şagirdi Hacıyev Əli Habil oğlu I dərəcəli diplomla təltif edilmişdir.

2010 cu ildə Avropa nəşr Mətbuat Evi mükafat komissiyasının qərarı ilə ən yaxşı muğam məktəbinin direktoru Rafiq Rəhim oğlu Rüstəmov qızıl medalla təltif olunmuşdur.

2010 cu ildə Fransanın Lion, Lil, Kranabel şəhərində muğam konserti vermişdir.

2010 cu ildə İctimai kanalda 45 dəqiqəlik Rast dəsgahı ilə çıxış etmişdir.

2010 cu ildə İsveçrədə 24 gün Azərbaycan Mədəniyyət və İncəsənət günlərinə həsr olunmuş festivalda Rafiq Rüstəmovun rəhbərliyi ilə uğurlu çıxışları olmuşdur.

2011 ci ildə III Beynəlxalq Uşaq Muğam festivalında Əli Habil oğlu Hacıyev I dərəcəli diploma layiq görülmüşdür.

2011 ci ildə Gürcüstan Respublikası Batumi şəhərində keçirilən Beynəlxalq festivalda uğurlu çıxışa görə şəhər Meri tərəfindən Rafiq Rüstəmova, Mərkəz Əliyevə, Əli Hacıyevə,Rühanə Aslanovaya I dərəcəli diplomlar və hədiyyələr verilmişdir.

2012 ci ildə Azərbaycan professional vokal sənətinin banisi SSRİ xalq artisti,Bülbülün anadan olmasının 115 illik yubileyinə həsr olunmuş Milli musiqi alətləri ifaçıları və xanəndələrin I müsabiqəsi II dərəcəli diplomla Haciyev Əli təltif edilir.

2012 ci ildə Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xanəndəlik ixtisası üzrə Xan Şuşinski adına Respublika Muğam Festivalına yüksək səviyyədə şagird hazırladığına görə Ağdam rayon Xan Şuşinski adına muğam məktəbinin müəllimləri Məmmədov Anar Vahid oğlu və Hüseynov Əlövsət Muxtar oglu Fəxri Fərmanla təltif edilir.Şagirdləri Hacıyev Əli Habil oğlu və Aslanlı Ruhanə Şiralı qızı III dərəcəli diplomla təltif olunmuşdur.

1 iyun 2012 ci ildə Azərbaycan Respublikası üzrə keçirilən "Pöhrə 2012" istedad müsabiqəsində yüksək səviyyədə çıxış etdiyinə görə I turda Hacıyev Əli I dərəcəli diplomla təltif olunur.

2012 ci il Respublika üzrə keçirilən "Pöhrə 2012" istedad müsabiqəsinin keçirilməsində fəal iştirak etdiyinə görə və xalq yaradıcılığının inkişafına görə Rüstəmov Rafiq Rəhim oğlu fəxri fərmanla təltif olunur.

2012 ci ildə Respublika üzrə keçirilən "Pöhrə 2012" istedad müsabiqəsinin qalibi Hacıyev Əli Habil oğlu I dərəcəli diploma layiq görülüb, laureat adını qazanmışdır .

2012 ci ildə"Beynəlxalq Qadınlara Zorakeşliyə yox deyək" devizi altında keçirilən müşavirənin sonunda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Beynəlxalq Muğam mərkəzində Xan Şuşinski adına Ağdam uşaq muğam musiqi məktəbi əcnəbi xalqların və səfirliklərin nümayəndələri qarşısında geniş proqram əsasında konset vermişdir.

2012 ci ildə Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrinin 20 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə Xan Şuşinski adına Ağdam uşaq muğam musiqi məktəbinin şagirdi Hacıyev Əli və Rafiq Rüstəmov iştirak etmişdir.Heydər Əliyev Fondu tərəfindən pul mükafatı verilmişdir.

2013 cü ildə Uşaqlar üçün yüksək səviyyədə keçirilən "Yeni il Şənliyində"fəal iştirakına və yaddaqalan çıxışı ilə fərqlənməsinə görə Xan Şuşinski adına Ağdam uşaq muğam musiqi məkəbinin şagirdi Hacıyev Əli Habil oğlu Fəxri Fərmanla təltif olunmuşdur.

2013 cü ildə Uşaqlar üçün yüksək səviyyədə keçirilən "Yeni il Şənliyində" fəal iştirakına və yaddaqalan çıxışı ilə fərqlənməsinə görə Xan Şuşinski adına Ağdam uşaq muğam musiqi məktəbinin şagirdi Soltanov Nurlan Fariz oğlu Fəxri Fərmanla təltif olunmuşdur.

 

 

 
® Xan Şuşinski Fondu; Musiqi Dünyası, 2013 Layihənin iştirakçıları